Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-21 09:51:28
Avtomobil dirəyə çırpılıb - 2 gənc xəsarət alıb

Qazax rayonunun Aslanbəyli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

AzEdu.az xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü K.Həsənov və 2002-ci il təvəllüdlü S.Misirməmmədov xəsarət alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.