
2024-03-27 15:01:00
UNEC əməkdaşı Miçiqan Universitetinin “Weiser” təqaüdünün qalibi olub
UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva dünya reytinq sıralamasında TOP 30-da olan ABŞ-ın Miçiqan Universitetinin “Weiser Professional Post-doctoral Fellowship” proqramının tam təqaüdlə Azərbaycan üzrə qalibi olub.
AzEdu.az xəbər verir ki, N. Hacıyeva 2024-cü ilin payız semestrində (3 ay yarım müddətində) “post-doctoral” tədqiqatını Miçiqan Universitetinin “Weiser Avrasiya və Avropa Araşdırmaları” (Weiser Center for Europe and Eurasia (WCEE)) beyin mərkəzində və “Siyasi Elmlər” məktəbində davam etdirəcəkdir. O, proqramda iştirak etmək üçün post-doctoral tədqiqat işinin aktuallığına və elmə verəcək yüksək töhfəsinə görə iki amerikalı professor Prof. Dr. John Branch və Prof. Dr. Pauline Jones tərəfindən dəstək məktubu əldə edib.
Elmi komissiya N.Hacıyevanın elmi fəaliyyətini, liderlik qabiliyyətini və akademik uğurlarını əsas götürərək, onu “Weiser”post-doctoral təqaüdünə layiq görüb.
Nüfuzlu proqram olan “Weiser” təqaüdünə bu il ümumilikdə dünya üzrə müraciət edən 400 namizəddən 5 nəfər layiq görülüb. Nərgiz Hacıyeva Azərbaycandan bu təqaüdü qazanan yeganə qalibdir.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44