_681.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
1 apreldə baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq;
Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur:
Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı Axmaqlar bayramı kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart Aldatma günüdür. 1 Aprel Gülüş Günü ənənəsinə görə, bu gün hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.
1916-cı il aprelin 1-də türk xalqının cəsur sərkərdəsi Mustafa Kamal Atatürkə general rütbəsi verilib:
Atatürkün komandanlıq etdiyi qoşunlar Türkiyənin azadlığı uğrunda aparılan bütün döyüşlərdə böyük rəşadət göstəriblər.
1 aprel 1992-ci ildə Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulub:
Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasınd 20 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Niderland Krallığında Azərbaycan Səfirliyinin açılması barədə sərəncam imzalanıb.2007-ci ilin may ayında Azərbaycanın Niderland Krallığında Səfirliyi fəaliyyətə başlayıb. Niderland Krallığının Azərbaycandakı Səfirliyi 26 iyun 2009-cu il tarixində açılıb.
1 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında Aprel döyüşləri başlayıb:
Dördgünlük döyüşlər zamanı düşmən xeyli itki verdi, işğalçının çoxlu hərbi texnikası sıradan çıxarıldı.
Təəssüf ki, Azərbaycan ordusu da aprel zəfəri zamanı şəhidlər verdi.
Döyüşlərdə işğaldan azad etdiyimiz ərazilər:
Tərtər rayonu – Talış kəndi ətrafındakı yüksəkliklər;
Tərtər rayonu – Seysulan kəndi;
Cəbrayıl rayonu – Lələ təpə yüksəkliyi;
Cəbrayıl rayonu – Cocuq Mərcanlı kəndi tam hissəsi;
Goranboy rayonu – Gülüstan kəndi tam hissəsi;
Tərtər rayonu – Madagiz kəndi istiqamətində yollar.