
Bu gün milyon və milyard dollarlıq sərvətləri ilə dünyanın ən zəngin insanlarının hansı universitetləri bitirmələri yəqin, hər kəsə maraqlıdır.
AzEdu.az xarici KİV-ə istinadən həmin insanların təhsil aldıqları universitetləri təqdim edir:
“Amazon.com" şirkətinin qurucusu, rəhbəri, baş icraçı direktoru olan Ceff Bezos uşaqlıqdan texniki elmlərə maraq göstərib. O, Prinston Universitetinin Elektrik mühəndisliyi ixtisasını bitirib.
Amerikalı sahibkar olan Uoren Baffet dünyanın ən məşhur investorlarından biridir. Nebraska təhsilinə Linkoln Universitetində başlayıb və biznesin idarə edilməsi üzrə məzun olub.
Daha sonra o, Kolumbiya Universitetinə daxil olub. Universitet müddətində Baffet bacarıqlı tələbə idi, onun müəllimi isə amerikan iqtisadiyyat nəzəriyyəçisi və investor Benjamin Qrem idi.
Microsoft şirkətinin yaradıcısı Bill Qeyts dünyanın ən varlı şəxslərindən biridir. Riyaziyyata çox marağı olan Bill Qeyts atasının istəyi ilə vəkil ixtisasına yiyələnmək üçün Harvard Univeristetinə daxil olur.
“Louis Vuitton”un (LVMH) sahibi olan Bernard Arnault Ekol Politexnik Məktəbində mühəndislik ixtisasının məzunudur.
Livan əsilli meksikalı biznesmen olan Karlos Slim Elu “Forbes” jurnalının 2010-cu il üçün olan statistik göstəricilərinə görə dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutub.
O, Universitetin inşaat mühəndisliyi fakültəsinin məzunudur. Latın Amerikasının ən varlı şəxsi olan Slim öz sərvətini “Telefonos de Mexico”, “Altria Group”, “Telcel” və “America Movil” kimi rabitə şirkətlərində işləyərək əldə edib.
Amerikalı sahibkar Mark Elliot Zukerberq Facebook sosial şəbəkəsinin qurucusudur. Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Zukerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Harvard Universitetinə daxil olub. Bəzi səbəblərə görə o, təhsilini yarımçıq qoyaraq Harvard universitetini tərk edib.
Buna baxmayaraq, o, İT mütəxəssisiliyi üzrə təhsilini başa vurub diplomunu alıb.
Günel Yaşarqızı