
“Bu ilki qəbul imtahanında 700 bal toplayacaq 1, uzağı 2 nəfər olsa, min şükür...
Abituriyentlər hələ ki, bu imtahan mərhələsinə yaddırlar. Onlar hələ bu imtahanı verməli, ona öyrəşməlidirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib. O, bu gün kurikulum əsasında keçirilən sınaq imtahanından gözləntilərindən danışarkən qeyd edib ki, kurikulumla bağlı may ayının 6-da da imtahan olmuşdu. Həmin imtahanda iştirak edən abituriyentlərin sayı bugünkü sınaqdakından çox idi. Yəni, abituriyentlər artıq ilk imtahan mərhələsi ilə tanışdırlar:
“Mənə elə gəlir ki, sualları rahat şəkildə işləyə biləcəklər. Amma heç kimdən maksimum 400 balı isə heç kimdən gözləmirəm”.
Ekspert bildirib ki, bugünkü sınaq ənənəvi qaydada keçirilənlərdən çox fərqlənir:
“Ənənəvi qaydada şagird bütün sualların cavabını variant üzərindən tapırdısa, indi hər fənnin 3 situasiya suallarını özü həll etməlidir. Bunun üçün marker müəllimlər də nəzərdə tutulub. Digər tərəfdən ənənəvi qaydada abituriyent 125 sualı cavablayırdısa, indi onların sayı 90-dır.
İlk sınaq imtahanında nəticələr aşağı, hər şey gözlənilənlərin əksinə idi. Ənənəvi qaydada keçirilən sınaqlarda 600 bal toplayanlar həmin imtahanda nəticələrini aşağı salmışdılar.
Ənənəvi sualların 25-ni də düzgün yaza bilən abituriyentlər isə 30 sualdan cəmi 19-u yazmışdılar”.
Onun sözlərinə görə, builki qəbul imtahanlarında 700 balı yalnız fitri istedad sahibi olanlar toplayacaq:
Builki qəbul imtahanında 700 bal toplayacaq 1, uzağı 2 nəfər olsa, min şükür. Abituriyentlər hələ ki, bu imtahan mərhələsinə yaddırlar. Onlar hələ bu imtahanı verməli, ona öyrəşməlidirlər. İnanmıram ki hansısa abituriyent I mərhələdə maksimum 300 balı toplasın. II mərhələnin də 400 balını yalnız fitri istedadı olan abituriyent toplaya bilər”.