
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən yeni qaydalarla sınaq imtahanı keçirilib. Repetitorlar şagirdlərin yeni qaydalara hələ uyğunlaşmadığını, imtahan zamanı çətinlik yaşayacaqlarını öncədən bildirir, abituriyent və valideynlər də yeni modeli imtahana çox da ürək qızdırmırdılar.
Ən azından, kurikulim əsaslı ilk sınaq imtahanına qədər sosial şəbəkələrdə aparılan müzakirələr, müəllim, repetitor, abituriyent və valideynlərin yazdıqları fikirlər, apardıqları müzakirələr bunu deməyə əsas verirdi.
Amma... Bu gün keçirilən ilk sınaq imtahanlarında da passiv münasibət bunu bir daha əyani sübut etdi.
AzEdu.az sınaq imtahanlarının keçirildiyi məkanların birində abituriyentlərin nəzərəçarpan passivliyini və zəif münasibətini müşahidə edib.
Bu müşahidələrin öz təsdiqini tapdığı fotoları təqdim edirik:
Nəzrin RÜSTƏMOVA
Günel YAŞARQIZI