
ABŞ-ın “Society for Science” təşkilatının Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində Azərbaycanda təşkil olunan “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçiriləcək.
Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, müsabiqənin finalı aprelin 17-19-da Bakı Ali Neft Məktəbində təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat işləri ekspertlər tərəfindən qiymətləndirilib və sərgidə iştirak edəcək layihələr müəyyənləşib.
Qeyd edək ki, finala dəvət alan şagirdlərin elektron poçt ünvanlarına və təhsil aldıqları ümumi təhsil müəssisələrinə ətraflı məlumat göndəriləcək.