
2024-04-06 13:03:49
Bu bölgənin məktəb direktorları yerdəyişmə üçün imtahan verdi
Şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
06 aprel 2024-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
İmtahanda 23 namizəd iştirak edib.
Qeyd edək ki, test imtahanında namizədlərə qanunvericilik üzrə 20 sual, pedaqogika və metodika, məntiq və İKT bilikləri üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilib.
Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Bir vakant yerə müsabiqədə uğur qazanaraq eyni balı toplayan 1-dən çox namizəd olduğu halda ilk növbədə son 3 il ərzində hazırda çalışdığı məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarının və son 2 ildə IV siniflər üzrə monitorinqlərin nəticələri ardıcıllıqla nəzərə alınacaq.
Bütün namizədlərə uğurlar arzu edirik!
Bu bölməyə aid digər xəbərlər
Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”
2024-09-12 12:21:00
“Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb
2024-09-11 13:29:16
Sertifikasiyanın müsahibəsindən uğur qazanmaq istəyənlər - Bunları mütləq BİLİN
2024-09-10 15:01:00
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək
2024-09-10 11:08:56
Repetitor və hazırlıq kurslarına SON – “Abituriyentlərin xeyrinə olacaq”
2024-09-09 15:29:00
Uşaqlarda boy qısalığı: “Vitaminlərdən istifadə problem yaradır” - PEDİATR
2024-09-09 11:36:00
“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?
2024-09-09 08:50:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək
2024-09-07 17:15:00
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub
2024-09-07 16:17:42
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib
2024-09-07 15:23:50