
10.17
Azərbaycan Dillər Universitetinin yataqxanasında yanğın olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yanğın səhər saatlarında qeydə alınıb.
Hadisə ilə əlaqədar FHN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir:
"FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir".
Hadisə yerindən görüntüləri təqdim edirik: