
2024-04-08 13:13:33
Bir sinfin 9 şagirdi müxtəlif fənlər üzrə maksimum bal toplayıb
Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 9 şagirdi XI sinif buraxılış imtahanında müxtəlif fənlər üzrə maksimum bal (100 bal) toplayıb.
AzEdu.az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, təhsil aldıqları məktəbə başucalığı gətirən şagirdlərdən Telman Azad oğlu Ağayev, Gülçöhrə Cəfər qızı Həşimzadə, Zeynəb Kamil qızı Mamedzadə, Təyyar Namik oğlu Mustafayev, Məryəm Məhərrəm qızı Məmmədli, Dilarə Hikmət qızı Səfərova və Məhəmməd Vüqar oğlu Tağıyev riyaziyyat, Jalə Əkrəm qızı Babayeva Azərbaycan dili, Səbinə Əlibala qızı Məmmədzadə isə ingilis dili fənni üzrə maksimum nəticə (100 bal) göstərib. Sözügedən şagirdlər eyni sinifdə təhsil alırlar.
Onu da qeyd edək ki, şagirdlərdən Telman Ağayev həm də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibi olub.
Bütövlükdə adıçəkilən məktəbin bu il buraxılış imtahanı verən 112 nəfər XI sinif şagirdindən 30-u 200-dən, 12-si isə 250-dən yuxarı bal toplayıb.
Bu bölməyə aid digər xəbərlər
Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”
2024-09-12 12:21:00
“Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb
2024-09-11 13:29:16
Sertifikasiyanın müsahibəsindən uğur qazanmaq istəyənlər - Bunları mütləq BİLİN
2024-09-10 15:01:00
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək
2024-09-10 11:08:56
Repetitor və hazırlıq kurslarına SON – “Abituriyentlərin xeyrinə olacaq”
2024-09-09 15:29:00
Uşaqlarda boy qısalığı: “Vitaminlərdən istifadə problem yaradır” - PEDİATR
2024-09-09 11:36:00
“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?
2024-09-09 08:50:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək
2024-09-07 17:15:00
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub
2024-09-07 16:17:42
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib
2024-09-07 15:23:50