Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 15:52:00
İsveçrəli tələbələrlə görüş keçirildi

Bu gün Milli Məclisin Gənclər və idman komitəsində İsveçrənin Franklin Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə komitə sədri Ülvi Quliyev və komitənin üzvü Elşad Həsənov iştirak edib.

Görüşdə parlamentin tarixi, iş prinsipləri, qanunyaradıcılığı prosesi haqqında müzakirələr aparılıb.

Daha sonra Ülvi Quliyev parlamentin Gənclər və idman komitəsinin fəaliyyəti ilə bağlı tələbələrə məlumat verib.

Bildirilib ki, Azərbaycanda gənclər və idman sahəsində ciddi işlər görülür, mühüm addımlar atılır.

Ülvi Quliyev qeyd edib ki, Azərbaycanda gənclərin asudə vaxtının düzgün təşkil olunması, onların intellektual fəaliyyətə təşviq edilməsi üçün hər bir şərait yaradılıb.

Deputat Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan da bəhs edib.

Görüşdə tələbələr Milli Məclisin plenar və iclas zalı ilə tanış olub, sonda isə xatirə şəkli çəkilib.