
2024-04-16 15:58:31
"Hədəfim 700 bal toplamaqdır"
Tam orta təhsil səviyyəsi üzrə (11 illik) 11 mart 2024-cü il tarixdə keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Saatlı rayonu Varxankənd kənd Ə. Şüküroğlu adına tam orta məktəbin XI sinif şagirdi Səfərova Leyla Abuzər qızı buraxılış imtahanından 300 bal toplamaqla ən yüksək nəticə göstərən şagirdlərdəndir.
Bu barədə AzEdu.az-a Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.
Leyla Səfərova imtahan nəticəsinin yüksək olmasında müəllimlərinin rolunun böyük olduğunu bildirib:
“Müəllimlərimə minnətdarlığımı bildirirəm. Həm müəllimlərim, həm də məktəbin rəhbərliyi mənə həmişə dəstək olub. İmtahanda uğur qazanmağım üçün həmişə sistemli olaraq çalışmışam. Çalışırdım ki, həmişə vaxtımı düzgün bölüm, imtahana qədər mövzuları oxuyub bitirim. İmtahan nəticələri çıxanda çox həyəcanlı idim, bu mənim üçün çox gözəl nəticə oldu. Yüksək nəticənin olacağını gözləyirdim, çox sevindim. Hədəfim blok imtahanından ən yüksək-400 bal toplamaqdır”.
Leylanı təbrik edirik və uğurlar arzulayırıq!
Bu bölməyə aid digər xəbərlər
Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”
2024-09-12 12:21:00
“Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb
2024-09-11 13:29:16
Sertifikasiyanın müsahibəsindən uğur qazanmaq istəyənlər - Bunları mütləq BİLİN
2024-09-10 15:01:00
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək
2024-09-10 11:08:56
Repetitor və hazırlıq kurslarına SON – “Abituriyentlərin xeyrinə olacaq”
2024-09-09 15:29:00
Uşaqlarda boy qısalığı: “Vitaminlərdən istifadə problem yaradır” - PEDİATR
2024-09-09 11:36:00
“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?
2024-09-09 08:50:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək
2024-09-07 17:15:00
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub
2024-09-07 16:17:42
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib
2024-09-07 15:23:50