
2024-04-17 17:20:34
Növbəti il yeni hazırlanmış 7 dərslik kütləvi istifadəyə veriləcək
2024-2025-ci tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) hazırladığı V sinif Azərbaycan dili (dövlət dili) və riyaziyyat, VI sinif coğrafiya, VII sinif fizika, kimya və biologiya dərslikləri kütləvi istifadəyə veriləcək. V sinif dərslikləri iki il, VI və VII sinif dərslikləri isə bir il sınaq prosesindən keçib.
Bu barədə AzEdu.az-a açıqlamasında ARTİ Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev məlumat verib.
Onun sözlərinə görə, hazırda VI sinif Azərbaycan dili (tədris dili), riyaziyyat, coğrafiya, VII sinif fizika, kimya, biologiya və coğrafiya dərslikləri sınaq prosesindədir.
“Növbəti il VI siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat, VII sinif coğrafiya, VIII siniflər üçün fizika, kimya və biologiya dərslikləri sınaq prosesinə veriləcək” - deyə Zaur İsayev bildirib.
Mərkəz direktoru yeni hazırlanan dərsliklərin üstünlüklərindən danışaraq deyib ki, yeni dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir:
“Məsələn, VI və VII siniflər üçün yeni hazırlanmış coğrafiya dərslikləri indiyə kimi coğrafiyanın ənənəvi təhsil üsullarında bir qədər fərqli, ən qabaqcıl təhsil institutlarının tətbiq etdikləri coğrafiyanın müasir öyrətmə üsullarından istifadə edilməklə hazırlanıb. Ənənəvi dərsliklərə alışan müəllimlərin yeni dərsliklərdən səmərəli istifadə etmələri üçün onlardan müəyyən səylər tələb olunur. Təbii ki, zamanla bu problemlər də həllini tapacaq”.
Onun direktorunun fikrincə, problemin daha sürətlə aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi təlimlər təşkil edir, müəlliflərə yeni yanaşma ilə bağlı mütəmadi məlumatlar verilir: “Digər fənlərlə bağlı da analoji problemlərlə rastlaşırıq. Sınaq prosesi bütün bu problemləri aşkar etməyə və bunların səbəblərini müəyyən etməyə imkan verir”.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16