
2024-04-21 10:14:22
Kürdə batan Səmanın meyiti tapıldı
12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb.
Bu barədə AzEdu.az-a FHN-dən bildirilib.
Vurğulanıb ki, meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı - 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.
Bu bölməyə aid digər xəbərlər
Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”
2024-09-12 12:21:00
“Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb
2024-09-11 13:29:16
Sertifikasiyanın müsahibəsindən uğur qazanmaq istəyənlər - Bunları mütləq BİLİN
2024-09-10 15:01:00
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək
2024-09-10 11:08:56
Repetitor və hazırlıq kurslarına SON – “Abituriyentlərin xeyrinə olacaq”
2024-09-09 15:29:00
Uşaqlarda boy qısalığı: “Vitaminlərdən istifadə problem yaradır” - PEDİATR
2024-09-09 11:36:00
“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?
2024-09-09 08:50:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək
2024-09-07 17:15:00
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub
2024-09-07 16:17:42
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib
2024-09-07 15:23:50