
4-5 dekabr 2023-cü il tarixlərində Azərbaycan Texniki Universiteti (AzTU) (Azərbaycan), Brandenburq Texniki Universiteti Kotbus-Zenftenberq (Almaniya) və Qazi Universitetinin (Türkiyə) təşkilatçılığı ilə AzTU-da keçirilmiş “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” 2-ci beynəlxalq konfransının materialları İsveçrənin “Trans Tech Publication” nəşriyyatı ilə razılaşmaya əsasən beynəlxalq bazalara daxiıl olan jurnallarda dərc olunub.
AzEdu.az xəbər verir ki, “Trans Tech Publication” nəşriyyatı məqalələri rəydən keçirdikdən sonra Scopus xülasələndirmə və indeksləmə bazasına daxil olan “Advances in Science and Technology” jurnalında 35 məqalə, “Key Engineering Materials” jurnalında 9 məqalə, “Materials Science Forum” jurnalında 6 məqalə olmaqla ümumilikdə 50 elmi məqalə dərc edib. Əlavə olaraq konfransın 23 məqaləsi isə “Google Scholar”, “ProQuest”, “Ulrichsweb”, “EBSCOhost Research Databases”, “WorldCat (OCLC)” və digər xülasələndirmə və indeksləmə bazlarına daxil olan “Engineering Headway” toplusunda nəşr olunub.
Yaxın günlərdə bütün materiallar müvafiq beynəlxalq elmi xülasələndirmə və indeksləmə bazalarında əks olunacaq.
Qeyd edək ki, AzTU “QS World University Ranking”, “Times Higher Education” və s. beynəlxalq bazalarda reytinqinin yüksəldilməsi məqsədilə bu qəbildən olan konfransların təşkilini davam etdiməyi planlaşdırır.
https://www.scientific.net/MSF.1119
https://www.scientific.net/KEM.979
https://www.scientific.net/AST.148
https://www.scientific.net/EH.7