_94.jpg)
2024-04-25 12:20:33
Birinci sinfə qəbulla bağlı 23 qeydiyyat mərkəzi yaradılıb
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 6 rayonda 23 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcəkdir.
Eyni zamanda valideynlər Mingəçevir “ASAN xidmət” mərkəzində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.
Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-3" nömrəli telefonuna zəng etmək mümkündür.
Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Bu bölməyə aid digər xəbərlər
Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”
2024-09-12 12:21:00
“Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb
2024-09-11 13:29:16
Sertifikasiyanın müsahibəsindən uğur qazanmaq istəyənlər - Bunları mütləq BİLİN
2024-09-10 15:01:00
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək
2024-09-10 11:08:56
Repetitor və hazırlıq kurslarına SON – “Abituriyentlərin xeyrinə olacaq”
2024-09-09 15:29:00
Uşaqlarda boy qısalığı: “Vitaminlərdən istifadə problem yaradır” - PEDİATR
2024-09-09 11:36:00
“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?
2024-09-09 08:50:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək
2024-09-07 17:15:00
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub
2024-09-07 16:17:42
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib
2024-09-07 15:23:50