Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-03 09:47:35
Qəbul imtahanlarının I cəhdinə qeydiyyat sona ÇATIR

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı sona yaxınlaşır.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu sona yaxınlaşır. 

 

Abituriyentlər 2024-cü il 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

 

3 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 26179, II qrup üzrə 21125, III qrup üzrə 22254, IV qrup üzrə isə 5411 abituriyent elektron ərizəsini təsdiq edib.