Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 14:16:00
Tələbələrə “3D qrafika”sı mövzusunda seminar keçirildi

Azərbaycan Texniki Universitetində (AzTU) “İnfoTech” şirkəti tərəfindən “3D qrafika”sı və “Coğrafi informasiya sistemləri” mövzularında seminar keçirilib.

AzTU-dan AzEdu.az-a bildirilib ki, hər iki mövzunun aktual olduğunu deyən prorektor İsa Xəlilov belə seminarların tələbələrin karyera qurmalarına töhfə verəcəyini vurğulayıb.

Daha sonra “İnfoTech” şirkətinin rəhbəri Tural Rəsulov və şirkətin coğrafi informasiya sistemləri üzrə mütəxəssisi Abbas Abbaszadə mövzular üzrə tələbələrə ətraflı məlumat verib və onların suallarını cavablandırıblar.