_916.jpg)
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib.
Universitetdən AzEdu.az-a bildirilib ki, səfər zamanı AzTU nümayəndələri zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və əməkdaşlarla görüşüblər.
Görüşdə universitet-sənaye işbirliyinin inkişafı, AzTU-nun bakalavr tələbələrinin zavodda istehsalat, magist tələbələrinin elmi-tədqiqat təcrübəsi keçmələri,
Görüşün sonunda universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Daha sonra AzTU-nun nümayəndə heyəti zavodun ərazisini gəzib, burada görülən işlərlə tanış olublar.