
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış zamanı onların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.
Akademiyadan AzEdu.az-averilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyiblər. Hərbi təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi-Tədqiqat Mərkəzinin alim və əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3,5 min metr məsafədə, birbaşa görüntülü ərazidə isə 7 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirərək mərkəzə məlumat ötürür.