Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-10 15:21:40
Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Gülər Qafqazlı Türkiyənin Ankara şəhərində Jandarma və Sahil Təhlükəsizlik Akademiyasının keçirdiyi “1923-cü ildən 2023-cü ilə qədər Türk əsrində təhlükəsizlik perspektivi” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, şərqşünas alim simpoziumda “Azərbaycan və COP 29" mövzusunda məruzə edib. Məruzəçi Azərbaycan Respublikası üçün 2024-cü ilin ən mühüm və vacib hadisəsinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda keçirilməsi olduğunu deyərək, eyni zamanda, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili kimi elan edildiyini diqqətə çatdırıb.

 

G.Qafqazlı məruzəsində Azərbaycanda yaşıl enerjiyə verilən önəmdən, həmçinin ölkəmizin bərpaolunan enerji mənbələri üzrə yüksək potensialından bəhs edib.