Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-11 10:10:10
Komitə: Tovuzda qaçırılan 16 yaşlı qız ailəsinə təhvil verilib

Tovuzda qaçırılan 16 yaşlı qız ailəsinə təhvil verilib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən cavab olaraq bildirilib ki, ötən gün sosial şəbəkələrdə Tovuzun Vahidli kəndində 10-cu sinif şagirdinin qaçırılması barədə yayılan məlumatlara əsasən fakt dərhal komitə tərəfindən nəzarətə götürülüb. 

 

Araşdırılması və dərhal tədbir görülməsi ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb. 

 

Birgə fəaliyyət nəticəsində məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.