Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-13 08:38:06
Bakıda 9-cu sinif şagirdini bıçaqladılar

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.

 

Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

 

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir. (Apa)