Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-14 11:05:55
Yeniyetmələr pandemiyadan sonra daha az kitab oxuyurlar - ARAŞDIRMA

ABŞ-da 2023-cü ildə satışlar keçən illə müqayisədə 2,6% azalıb.

 

AzEdu.az "Slate"ə istinadən xəbər verir ki, lakin bu nəticə hələ də pandemiyadan əvvəlki 2019-cu ildən yüksəkdir.

 

Nəşr yazır ki, həqiqətən də amerikalıları narahat edən ədəbiyyatın bir seqmenti var - 8-12 yaşlı uşaqlar üçün kitablar. Bu, 2019-cu ildən daha pis satılan yeganə kitab kateqoriyasıdır. Həqiqətən də narahatlığa səbəb var, çünki kitab oxumaq vərdişinin formalaşması baxımından həmin yaş kateqoriyası ən vacib illərdir: əgər bu yaşda uşaqlar kitab oxumağı sevirlərsə, böyüyəndə oxumağa daha çox meyllidirlər.

 

3-4-cü siniflərdə oxuyan uşaqlar zövq üçün kitab oxumağı dayandırırlar. 8 yaşlı uşaqların 57%-i kitabları əylənmək üçün oxuduqlarını deyir; 9 yaşında yalnız 35% bunu edir. Trend pandemiyadan əvvəl başlayıb və o vaxtdan daha da güclənib.

 

Səbəblərdən biri də başa düşüləndir: rəqəmsallaşma və ekranlar. Digər səbəb isə sosial ünsiyyətin azalmasıdır. Uşaq kitablarının satışlarının azalması ilə üzləşən nəşriyyatlar əsas bestsellerləri yenidən nəşr edirlər. Kitab sənayesi mütəxəssisləri deyirlər ki, yeni böyük bestseller vəziyyəti düzəldə bilər.