
2024-05-16 10:29:00
LDU-da M. Füzulinin 530-cu ildönümü ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 yanvar 2024 cü il tarixli sərəncamına əsasən Lənkəran Dövlət Universitetində (LDU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AzEdu.az xəbər verir ki, Lənkəran -Astara Regional Mədəniyyət İdarəsi ilə birgə keçirilən tədbir vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Ədəbi-bədii gecədə Azərbaycan ədəbiyyatının sönməz günəşi, lirik şeirin böyük ustadı Məhəmməd Füzulinin əsərlərinə bəstələnmiş musiqi nömrələri, şairin yaradıcılığından seçmə poetik nümunələr LDU-nun tələbələri və bölgənin tanınmış musiqiçiləri tərəfindən ifa edilib.
Sonra Lənkəran Dövlət Universiteti tələbələrinin dahi söz ustadının yaradıcılığını əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov, Lənkəran -Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, universitetin müəllim və tələbə heyəti, bölgənin incəsənət ustaları iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44