
Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndəheyəti Ankaraya səfər çərçivəsində Qazi Universitetini Texnoloji Fakültəsini ziyarət edib.
MDU-dan AzEdu.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamiz Mahmudov və Ramin Məmmədov, Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Gücer təmsil olunub.
Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı professor Musa Atar və akademik heyət üzvləri ilə görüşüb.
Görüşdə Qazi Universitetinin Texnoloji fakültəsi iləMDU-nun Mühəndislik fakültəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb vəkonkret istiqamətlər üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Qazi Universiteti Texnoloji fakültəsindən təcrübəli professorların MDU-da bir tədris ili müddətində akademik fəaliyyətlərə cəlb olunması ənənəsi təqdir olunaraq, gələcəkdə bu istiqamətdə fəaliyyətlərin davamlı olması arzulanıb.
Sonra MDU ilə əməkdaşlığa töfhə verən Qazi Universitetinin Texnoloji Fakültəsinin allkademik heyət tüzvlərinin mükafatlandırılması mərasimi keçirilib. MDU-da ustad dərslərin təşkilində, kitabxana fondunun zənginləşdirilməsində əməyi və dəstəyi olan Qazi Universiteti əməkdaşları MDU rektorunun təşəkkürnamələri ilə təltif olunublar.
Daha sonra, xatirə şəkilləri çəkdirilib.
MDU nümayəndə heyəti, həmçinin Texnoloji fakültənintədris binaları, auditoriyaları, laboratoriyaları və digərinfrastrukturları ilə tanış olub.
Qeyd edək ki, MDU-da mühəndislik təhsilininməzmununun təkmilləşdirilməsi məqsədilə Qazi Universitetinin Texnoloji fakültəsi ilə işbirliyinə xüsusiəhəmiyyət verilir.