Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-18 15:16:23
Bakıda Başkent Universitetinin nümayəndəliyi açıldı

 

Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılışı olub.

 

Azedu.az xəbər verir ki, açılış mərasimindən öncə Başkent Universitetinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Daha sonra universitetin Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 117k ünvanında yerləşən nümayəndəliyinin açılış mərasimi keçirilib.

 

TədbirdəTürkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Başkent Universitetinin qurucusu Prof. Dr. Mehmet Haberal, rektor Prof. Dr. Hakan Özkardeş, TƏBİB-in məsul şəxsləri, millət vəkilləri, tanınmış həkimlər, iş adamları, eyni zamanda Başkent Universitetinin məzunları iştirak ediblər.