_338.png)
Ali məktəblərdə tez-tez müzakirə edilən məsələlərdən biri də dərs vəsaitinin yenilməsi ilə bağlıdır. Tələbələr qeyd edirlər ki, dərs vəsaitlər əldə etmək çətindir, eləcə də müasir texnologiyalara cavab verməsi baxımdan olduqca əlverişsizdir.
Buna görə də dərsliklərin yenilənməsi, həmçinin əlçatanlılığının təmin edilməsinin zəruri olduğu qənaətindədirlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elçin Süleymanov ali məktəblərdə dərslik məsələsinə əslində bir az fərqli baxışdan baxmağın lazım olduğunu qeyd edib:
“Hər dərsin fənn müəllimi ədəbiyyat seçmədə sərbəst olmalıdır. Yəni o fənni həm beynelxalq, həm də yerli səviyyədə yaxşı mənimsənilən dərs vəsaitlərindən istifadə etmək daha məqsədəuyğundur.
Müəllimlər sahəsiylə əlaqəli tədris etdiyi fənn üzrə araşdırma aparmalıdırlar. Düşünürəm ki, təhsilverənlərin mütləq şəkildə kitab yazması əslində çox da düzgün bir yanaşma deyil. Əgər o sahə üzrə yaxşı bir dərslik varsa, o dərsliklə tələbələrin təmin edilməsi daha yaxşı olar”.
Həmsöhbətimiz dərslik yazmaq, müəyyən sahədə tədqiqat aparmaq üçün ali məktəblərə fond ayrılmasını vurğulayıb:
“Eyni zamanda dərslik yazmaq, müəyyən sahədə tədqiqat aparmaq üçün ali məktəblərə vəsait, fond ayrılmalıdır. Dərslik yazmaqla əlaqəli müəyyən qrantlar ola bilər. Çünki müəllimin kitab yazması, çap etməsi bəzən onlar üçün problem ola bilər.
Azərbaycanda kifayət qədər böyük tələbə dərslik bazarı olmadığı üçün müəllimlər üçün bu çox da əlçatan olmur. Ona görə də bu cür dərsliklərin inkişafı ilə əlaqəli fond ayrılmasa daha yaxşı olar.
Dərslik vəsaitini tapmaq da çox qəliz olmamalıdır. Çünki artıq internet dövründəyik və istənilən fənn ilə əlaqəli kifayət qədər resurslar var”.