Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-21 17:22:55
ADNSU-da  təlim: “3 addımla möhtəşəm həyat” 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün “3 addımla möhtəşəm həyat” mövzusunda psixoloji təlimlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, 3 gün davam edən təlimlərdə təlimçi psixoloqlar Sədayə Nəsirova və Xəyalə Məhərrəmova psixoloji mövzularda tələbələrlə müzakirələr aparıb, şəxsi inkişaf, motivasiya, düzgün seçim və hədəflər barədə təqdimatla çıxış edərək bu istiqmətdə geniş məlumat veriblər.

 

Təlimçilər eyni zamanda, motivasiya və gənclərin hərtərəfli biliyə sahib olması, müstəqil düşünməsi, dünyagörüşünün formalaşdırılması ilə bağlı tələbələrə məlumat verib onların fikirlərini dinləyiblər. Sonda iştirakçıların sualları cavablandırılıb.