Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-22 09:30:01
8 aylıq körpə yeriş manejindən yıxılaraq ölüb

Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

 

AzEdu.az xəbər verir ki,  gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə yeriş manejindən yıxılıb və xəsarət alıb.

 

Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Faktla bağlı araşdırma aparılır.