Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-22 10:13:41
Sumqayıtda ana və üç uşağının zəhərlənməsi ilə bağlı araşdırma aparılır

Mayın 21-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.

 

Ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.

 

Xatırladaq ki, şəhərin 13-ci mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.