Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-22 13:06:59
Gəncə Dövlət Universitetində aparılan yoxlamaların səbəbi AÇIQLANDI

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında 2024-cü il üçün Gəncə Dövlət Universitetinin akkreditasiyası həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq universitetin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda deyilir:

 

"Akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılır. Qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən  universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.

 

GDU qarşıdakı 5 il müddətində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır.

 

Yekun  mərhələdə universitetin növbəti 5 il ərzində fəaliyyət göstərməsinə əsas verən Şəhadətnamə verilməsi üçün  ARTEN-nin “Akkreditasiya Şurası” qarşısında  komissiya tərəfindən vəsatət qaldırılması gözlənilir".