Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-23 08:35:30
Günəşdə güclü partlayış - Maqnit qasırğası gözlənilir

Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.

 

AzEdu.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib.

 

Xatırladaq ki, Günəş partlayış rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.