
2018-11-02 10:51:00
ADU-da Çin Elmlər Akademiyasının professoru ilə görüş keçirilib
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Elmlər Akademiyasının məşhur tarixçisi professor Chen Wei ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, çinli alim ADU tələbələri üçün qədim İpək Yolu üzərində elmi və texniki bilik tarixinə aid mühazirə oxuyub. Professor Böyük İpək Yolunun əsrlər boyunca müxtəlif xalqları bir araya gətirərək, fikir və bilik mübadiləsi, dil və mədəniyyətlərin qarışılıqlı zənginləşdirilməsini təmin etdiyini vurğulayıb. Bir çox tədqiqatçılar İpək Yolu üzərində qədim abidələrin öyrənilməsi sayəsində bir çox arxeoloji və elmi kəşflər edib. Müxtəlif millətlərin və dövlətlərin Böyük İpək Yolu üzərində elmi və texnoloji əlaqələrinin tarixi və bu proseslərdə müsəlmanların rolu böyük maraq doğurub.
Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qeyd edib ki, bizim eraya qədər III minillikdə Çin və Asiya ölkələri arasında təmaslar təkcə malların deyil, həm də texnologiyaların və elmi ideyaların mübadiləsinə gətirib çıxarıb. Metallurgiya texnikasının inkişafı, yeni məhsulların tətbiqi və dini inancların yayılması baş verib.
Rafiq Abbasov həmçinin qeyd edib ki, elmi və texniki əməkdaşlığın möhkəmləndirilməsi, birgə laboratoriyaların, texnologiyaların mübadiləsi üçün beynəlxalq mərkəzlərin yaradılması, elmi və texniki innovasiya imkanlarının artırılması Çin Dövlət Şurasının "İpək Yolu İqtisadi Kəməri”nin və "XXI Əsrin Dəniz İpək Yolu” proqramının vacib hissəsidir.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39