Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-24 08:00:00
11 yaşlı məktəblini "tok" vurub öldürdü - FOTO

Cəlilabad rayonunda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib. 

 

Kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanı elektrik cərəyanı vurub. O, hadisə nəticəsində ölüb.

 

Qeyd edək ki, Zəhra Niftiyeva Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olub.

 

Faktla bağlı araşdırma aparılır.