Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-24 09:02:53
Məktəblimiz beynəlxalq olimpiadada Azərbaycanı təmsil edəcək
Şəki məktəblisi Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək.
 
 
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. 
 
 
Bildirilib ki, Şəki şəhər kimya-biologiya təmayüllü liseyin 8-ci sinif şagirdi Turan Musayev Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın üzvlərini müəyyənləşdirmək üçün keçirilən imtahanda uğur qazanaraq ölkəmizi təmsil edəcək 6 olimpiadaçı şagirddən biri kimi milli komandaya üzv seçilib.
 
 
Qeyd edək ki, T.Musayev 2023-2024-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal qazanıb.
 
 
Turanı təbrik edir, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!