Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-24 09:44:00
Hədəfim Qarabağ Universitetində turizm təhsili almaqdır

Bu ilin sentyabrından Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Artıq ilkin tələbə qəbulu üçün 1200 plan yeri ayırılıb. Hətta indidən bir çoxları təhsilini məhz Qarabağda davam etdirmək istəyir.

 

Qarabağda təhsil almaq istəyənlərdən biri də müsahibimiz Rəşad Qulamlıdır.

 

O, Beyləqan şəhər R.Abbasov 4 nömrəli tam orta məktəbi bitirdikdən sonra, Bakı Turizm Peşə Məktəbinə daxil olunub.

 

Rəşad bəy AzEdu.az Təhsil Portalına müsahibəsi zaman bildirib ki, onun hədəfi Qarabağ Universitetində ali təhsil alaraq Qarabağ mədəniyyətini və turizmini dünyaya tanıtmaqdır.

 

Davamını özündən eşidək…

 

“Qarabağ Azərbaycanın və dünyanın zəngin tarixi, mədəniyyəti, elm və mətbəxinə sahib bir regiondur. Mənim ilk təhsilim turizm sahəsi üzrə olub. Uzun illər bu sahədə fəaliyyət göstərmişəm. İndi hədəfim qarabağlı olaraq orada təhsil almaq, eləcə də yaşayıb, yaratmaq, oranın zəngin tarix və mədəniyyətini özünəməxsus qonaqpərvərliyi ilə yerli və xarici turistlərə tanış etməkdir.

 

Mən inanıram ki, çox qısa vaxtda bu universitet dünyanın TOP universitetləri siyahısında olacaq. Müşahidələrimə əsasən əminəm ki, Qarabağ Universiteti pedaqoji heyət baxımından çox güclü elm ocağına çevriləcək. Çox istəyirəm ki, dövlətimiz tərəfindən yaradılmış bu şansdan yararlanım. Xüsusən də turzim elə bir sahədir ki, sülhü, əmin əmanlığı, sakitliyi təşviq edir. Elə məhz bu səbəbdən də dünya dövlətləri ilə dostluq körpüsünün qurulmasında xidmətimin olmasını istəyirəm”.