
2024-05-24 13:14:07
LDU-da Respublika elmi-praktiki konfrans
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gəncləşən və müasirləşən Lənkəran Dövlət Universiteti Lənkəran şəhərinin-türk dünyasının gənclər paytaxtının simvoludur” mövzusunda hibrid formatda (canlı və onlayn) Respublika elmi-praktik konfransı keçirilir.
AzEdu.az xəbər verir ki, konfransda Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirak edib.
Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb və belə tədbirlərin elmi mühitin formalaşmasına müsbət təsirindən, LDU-nun son illərdə əldə etdiyi uğurlardan, bu uğurların əldə edilməsində universitetdə çalışan gənclərin payından, gənc alimlərin elmi nailiyyətlərindən danışıb. Açılış nitqindən sonra LDU-da keçirilmiş 7-ci Zona Fənn Olimpiada qaliblərinin mükafatlandırılması olub.
Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib. LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov “Cənub mirvarisi Lənkəran Türk Dünyasının mədəni həyatında”, “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Kamal Mahmudov “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir”, dos. Fərid Xankişiyev “Gəncləşən və müasirləşən LDU və gənclər paytaxtı Lənkəran” mövzusunda məruzə ediblər. Plenar iclasdan sonar konfrans işini 3 bölmədə-humanitar, təbiyyat və riyaziyyat, aqrar və iqtisadiyyat elmləri bölmələrində davam etdirir. Konfransda 180-ə yaxın tezis dinləniləcək.
Qeyd edək ki, konfransın işində LDU-dan əlavə 19 ali təhsil müəssisəsindən və təşkilatlardan tədqiqatçı-alimlər iştirak edir.
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06