Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-27 08:33:42
32 il gecikən "Son zəng"...

Laçın şəhər 2 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.

 

AzEdu.az xəbər verir ki, 1992-ci ilin mayın 25-də keçirilən "Son zəng"ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı.

 

Həmin məzunlar gecikən "Son zəng"lərini məzunu olduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra vurublar. Bu Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk "Son zəng" olub.