_191.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
29 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
29 may Ümumdünya Sağlam Qidalanma Günüdür:
Bgün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.
29 may Beynəlxalq BMT Sülhməramlıları Günüdür:
1948-ci il mayın 29-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə ilk sülhməramlı xidmət təşkil olundu. 2002-ci ildən başlayaraq 29 may Beynəlxalq Sülhməramlılar Günü kimi qeyd edilir.
29 may 1953-cü ildə Everestə ilk insan ayağı dəyib:
Yeni Zelandiya alpinisti Edmund Hillari və Nepaldan olan Tenzinq Norqay Everest zirvəsinə (8850) qalxan ilk insanlar olublar.
29 may 1543-cü ildə Osmanlı padşahı Fateh Sultan Mehmet İstanbulu fəth edərək Şərqi Roma (Bizans) imperiyasına son qoydu:
İstanbulun fəthi Orta əsrin də axırı oldu.