
PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinin keçirilməsi davam edir.
Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, tədqiqat Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.
Sınaq mərhələsinin başlanmasından indiyədək 57 məktəb üzrə 3272 nəfər 15 yaşlı şagird qiymətləndirmədə iştirak edib. Onlardan 2125-i Azərbaycan dilində, 1147-si isə rus dilində qiymətləndirmədə iştirak edib. İştirak etmiş məktəblərin 52-si dövlət, 2-si özəl və 3-ü agentliyə tabeli müəssisə olub.
Qeyd edək ki, beynəlxalq tədqiqatın sınaq mərhələsi üzrə məlumatların toplanması prosesinin may ayının sonunda tamamlanması planlaşdırılıb. Sınaq mərhələdə ölkəmizdə 70 məktəb üzrə ümumilikdə 4000-dən çox 15 yaşlı şagirdin və 70 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.