Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-30 17:50:00
AzMİU beynəlxalq reytinq siyahısında irəliləyib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə RUR (Round University Ranking) Beynəlxalq Reytinq Agentliyinin siyahısında yer alıb.

 

Bu barədə AzEdu.az-a AzMİU-dan bildirilib. RUR maraqlı tərəflərin universitetin fəaliyyəti haqqında kifayət qədər məlumat vermək məqsədi daşıyan qiymətləndirmə sistemidir və dünya universitetlərini 4 fərqli meyar - tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə üzrə qiymətləndirir. 2024-cü il üzrə açıqlanan reytinq sistemində dünya universitetləri arasında AzMİU 1094-cü yerdə qərarlaşıb. Ötən il universitet 1180-ci yerdə qərarlaşmışdı.

 

Qeyd edək ki, ölkə üzrə bu reytinq sistemində 8 universitet iştirak edib və bu sıralamada AzMİU öz yerini qoruyub saxlayaraq 5-ci yeri tutub. Tədris meyarı üzrə 935-ci yerdə qərarlaşmaqla ən yaxşı nəticəni əldə edib. Universitet tədqiqat üzrə 1113-cü, beynəlxalq əlaqələr üzrə 1057-ci, maliyyə dayanıqlığı üzrə 1122-ci yerlərdə qərarlaşıb.