Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 21:17:00
“Hərəyə bir kitab” aksiyasına start verilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin dünyagörüşünün formalaşdırılması, onlara mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosialyönümlü layihələr həyata keçirir. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, bu məqsədlə institutda noyabrın 1-dən “Hərəyə bir kitab” adlı aksiyaya start verilib.

Məlumata görə, aksiyanın məqsədi istifadə edilməyən ədəbiyyatın (kitab, dərslik və digər nəşr nümunələri) toplanılaraq ehtiyacı olanlara çatdırılmasıdır.

 

Noyabrın 30-na kimi davam edəcək aksiyada toplanan ədəbiyyat uşaq və qocalar evlərinə hədiyyə olunacaq.

 

Aİİ-də, həmçinin tədris keyfiyyətinin yüksəldilməsi, təhsil psosesinin təkmilləşdirilməsi, müəssisənin innovativ fəaliyyətinin təmin edilməsi məqsədilə “Təklif və iradlar” sorğusuna da başlanılıb.