Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 17:54:00
Yerin maqnit sahəsində pozulma başlayıb

Yer kürəsində maqnit sahəsində pozulma başlayıb. Buna mayın 29-da Günəşin tac kütləsinin püskürməsi səbəb olub.

 

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika xidməti məlumat yayıb.

 

Məlumata görə, maqnit sahəsinin pozulma dərəcəsi hələ G1 (zəif) səviyyəsinə yüksəlməyib.

 

Alimlərin fikrincə, 31 may - 1 iyun tarixlərində G3 səviyyəsinə (güclü) qədər yüksələ biləcək maqnit qasırğası gözlənilir.