Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-02 14:55:33
Bu istiqamətlər üzrə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunub. İmtahanda 1 044 namizədin (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) iştirakı nəzərdə tutulurdu.

 

İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

 

İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub və araşdırma aparılır.

 

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.