Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 15:45:00
Elm və Təhsil Nazirliyinə bu qədər vətəndaş müraciət edib

Mayın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 59 226 vətəndaş müraciəti daxil olub.


 

AzEdu.az xəbər verir ki, müraciətlərin 45 042-si çağrı mərkəzləri, 804-ü sosial media, 5 186-sı  "WhatsApp" vasitəsilə, 1 220-si elektron, 1 090-ı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 884 müraciət qeydə alınıb. 
 

Müraciətlər müəllimlərin yerdəyişməsi, eləcə də işə qəbulu, sertifikatlaşdırma, birinci sinfə qəbul, təkrar ali və orta ixtisas təhsili və digər məsələlərlə bağlı olub.