Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 17:15:00
PISA 2025-in sınaq mərhələsi keçirilib  

Cari ilin may ayında ölkəmizdə PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil edilib. Tədqiqatda 70 ümumi təhsil müəssisəsi üzrə 4 098 şagird iştirak edib. Sözügedən tədqiqat Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilib. 
 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.

 

Qeyd edək ki, Tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilir.