Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-04 08:24:11
Göldə batan uşağın meyiti tapıldı 

İyun ayının 3-ü Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi tapılıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə Ələsgərov Yusif Elşad oğlunun cəsədi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.