Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-04 08:40:47
AzTU-da yay imtahan sessiyası başlayıb

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya iyulun 4-də yekunlaşacaq.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Bildirilib ki, qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 5-11 iyun tarixlərini əhatə edəcək.

 

İmtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı-elektron, II, III və IV kurslar üçün şifahi (yazılı) və test üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib.

 

Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçiriləcək.

 

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 9-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

 

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.