Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-04 16:45:00
Dərs vaxtı xəsarət aldığı iddia olunan şagirdlə bağlı AÇIQLAMA

Şagirdin məktəbdə xəsarət almasına dair valideynin iddiaları ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

 

262 saylı tam orta məktəbdən AzEdu.az-a bildirilib ki, altıncı saat STEAM dərsi zamanı (27.05.2024) qeyd olunan VII sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) iştirakı ilə heç bir insident baş verməyib.

 

Lakin qeyd olunan şagird yeddinci saat STEAM dərsində iştirak etməyib, icazəsiz evə gedib. Məktəbdaxili araşdırma zamanı qeyd olunan şagirdin sinif yoldaşları da bunu təsdiq ediblər.

 

Şagirdin dərs prosesində bir neçə gün iştirak etməməsi ilə maraqlanmadığı üçün məktəb rəhbərliyi tərəfindən sinif rəhbərinə xəbərdarlıq olunub.

 

Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən valideyn məktəbə dəvət olunub, onunla müvafiq söhbət aparılıb, məktəbdaxili araşdırmanın nəticələri haqqında ona məlumat verilib. Şagirdin evdə ziyarət edilməsi və həkim müayinəsinin təşkil olunması təklifini valideyn qəbul etməyib. Tövsiyə olunub ki, valideyn iddiası əsasında hüquq-mühafizə orqanına müraciət edə bilər.